Psixologiya - AUTIZM! (Yeni)


Слайд 2
AUTiZM



Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir.
Autizm-erkən yaş dövründə başlayan, həyat boyu davam edən, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyro-psixiatrik bir pozuntudur.
Autizm ilk olaraq 1943-cü ildə Amerikalı uşaq psixiatrı Leo Kanner tərəfindən "Erkən Uşaqlıq Autizmi" olaraq adlandırılmışdır.
Слайд 2
              Autizmin spektr pozuntuları
Слайд 2
Autizm
Asperger sindromu
Rett sindromu
Uşaqlıq dezinteqrativ pozuntusu
Atipik autizm

Слайд 2

SƏBƏBLƏRİ
Слайд 2
Autizm-anadangəlmədir. Səbəbi dəqiq məlum deyil. Nitq və duyğulardan gələn məlumatların qiymətləndirilməsi ilə bağlı beyin hissəsində bir problem olduğu deyilir.
Bəzi mütəxəssilər autizmin beyindəki neyronların normadan az olması ilə bağlı olduğunu qeyd edir.
Autizmin yaranmasında genetik faktorlar da özünü göstərir. Tək yumurta əkizləri genetik baxımdan bir-birilə eynidir. Əgər tək yumurta əkizlərindən biri autizmlidirsə, digərinin autizmli olma riski 35-70% ola bilər. Fərqli yumurta əkizlərində isə bu risk 0-23%-dir. Ailənin  ilk uşağı autizmlidirsə, sonrakı uşağın autizmli olma riski 5-15%-dir.

Слайд 2
Autizmin Tipik Xüsusiyyətləri
Слайд 2
Başqalarına qarşı maraqsızdır.
Göz təmasından qaçır.
Başqaları ilə ünsiyyət qurmur.
İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir.
Digər uşaqlarla oynamır.
Uzun müddət ərzində eyni mövzu üzərində danışır. 
Səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir.
Слайд 2 Mənasız sözləri ardıcıl təkrarlayır.
Predmetləri davamlı olaraq çevirməkdən xoşu gəlir. 
Yaradıcılıq tələb edən oyunları oynaya bilmir.
Hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir
Davamlı olaraq eyni oyunları oynayır
Ağrıya qarşı laqeyddir
Слайд 2
Səslərə qarşı həddindən artıq həssaslıq ya  həddindən artıq laqeyddir
Exolaliya (cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar etmək)
Tək qalmağı seçir
Təmasdanqucağa alınmaqdan xoşu gəlmir
Predmetlərə  bağlanır
Ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir. Danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışır
Həddindən artıq hərəkətlilik ya da həddindən artıq hərəkətsizlik müşahidə olunur.

Слайд 2
QEYD: Aparılan tədqiqatlar autizmli uşaqların 75%-indən böyük bir hissəsinin zəka geriliyi olduğunu, ancaq 10%-ə kimi kiçik bir hissəsinin normal zəkaya sahib olduğunu vurğulamaqdadır.




 
 
 
 
 
 
 
 
 
 

 



Bu gün 11 ziyaretçiburada olub!

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
Baku