Peşəkar Psixologiya Mərkəzi

Analığa namizədin emosional dəyişikliyi

                            ANALIĞA NAMİZƏDİN EMOSİONAL DƏYİŞİKLİYİ

 

Analıq əslində olduqca özünəməxsus və xüsusi bir vəziyyətdir, yəni hər bir analığa namizəd qadın yaşadığı şəraitlə əlaqədar olaraq bu hadisəni digərlərindən daha fərqli formada yaşayır. Amma yenə də bəzi dəyişikliklər var ki, bunlar normal olan bütün hamiləliklərdə yaşanılır. Ananın yaşayacağı fiziki və psixoloji dəyişikliklər haqqında qabaqcadan maarifləndirilməsi isə hamiləliyə daha şüurlu və müsbət yanaşmasını təmin edər.

İlk üç ay:

Hamiləliyin ilk üç ayı çox vaxt özünü daha çox fiziki dəyişikliklərlə biruzə verir; menstruasiyanın gecikməsi, müsbət nəticələnən hamiləlik testi, yorğunluq, mədə bulanması, və s. Emosional vəziyyətdə isə çox vaxt çox böyük dəyişikliklər olmaya bilər. Amma, yenə də bu vəziyyətini diqqətlə müşahidə edən analığa namizəd hormonal dəyişikliklər səbəbi ilə meydana çıxan tez-tez dəyişən əhval-ruhiyyəsini nəzərindən qaçırmır.

Hamiləlikdə vacib rol oynayan başlıca iki hormon estrogen və progesterondur. Qadının əhval-ruhiyyəsi bu hormonlarla əlaqədar olaraq böyük sevinc və qəmginlik halları arasında dəyişə bilər. Çox cüzi bir səbəb onu ağlamağa vadar edərkən, birdən-birə səbəbini dərk edə bilmədiyi sevinc, xoşbəxtlik də hiss eməsi mümkündür. Bu vəziyyət onun üçün olduğu qədər hamilə qadının həyat yoldaşı üçün də çətin və qarşıq bir haldır. Bütün bunları yaşayan atalığa namizəd həll yolu tapmağın mümkün olmadığını bildiyi üçün çox vaxt bu vəziyyəti ,,görməmək” yolunu seçir. Halbuki, müxtəlif zamanlarda davamlı olaraq ünsiyyət və sevgiyə ehtiyac duyan analığa namizəd özünü emosional baxımdan boşluqda hiss edə bilər. Bu vəziyyətin hamiləlik dövrü üçün normal olduğunu bilən ər-arvad isə hazırlıqlı olmağın rahatlığı ilə bu dövrü daha rahat və daha problemsiz keçirirlər.

Hamiləlik planlı formada həyata keçirilmiş və ər-arvad uzun vaxtdır ki, bu anı gözləmiş ola bilər. Amma, bu o demək deyil ki, ana bu dövrdə heç bir narahatlıq yaşamayacaq. Bu narahatlıqların əvvəlində analığa namizədin hər şeyə baxmayaraq əlverişli vaxtın olub-olmadığına (uşağın doğulması üçün doğru zaman olub-olmadığına) dair qərarsızlıq durur. Xüsusilə işləyən və yaxşı iş həyatı olan qadınlar hamiləlik və uşaqla birgə bu sahədəki hədəflərini həyata keçirə bilməyəcəklərindən çox qorxurlar. Təbii ki, hər şeyin normal şəkildə gedib-getməyəcəyinə dair narahatlıqlar da hamiləlik dövründə dövründə daha tez-tez yaşanan hisslərdir.

Uşağın ilk ürək döyüntülərini -təxminən onikinci həftəyə qədər- duyana qədər bu vəziyyətin gerçəkliyini tam olaraq qavraya bilməyən ana bundan sonra həqiqətən də bətnində bir uşaq olduğuna inanır və narahatlıqları daha intensiv şəkildə hiss etməyə başlayır.

İkinci üç ay:

İkinci üç ayın ilk üç ayla müqayisə etdikdə daha sakit formada keçdiyini demək mümkündür. Bu dövrdə mədə bulanması kimi narahatlıqlar aradan qalxır, uşağı salma (düşük) riski isə daha azalır. İkinci üç ayın ən vacib xüsusiyyəti artıq uşağın hiss edilə bilən olmasıdır. Övladının hərəkətlərini hiss etmək ana üçün əvəzedilməz bir təcrübədir. Artıq uşağını həqiqi bir insan olaraq qəbul eədr və həyacanı daha da artar.

Bəzi qadınlar bu həyəvanla birgə özlərini çox enerjili və xoşbəxt hiss edirlər. Əksər qadınlar hamiləlik geyimlərini geyinməyə bu dövrdə başalayırlar. Hamiləlik, doğum və uşaqlarla daha çox maraqlanma, bu mövzuyla bağlı kitablar alma yenə də bu dğvrdə yaşanır.

Son üç ay:

Hamiləliyin son üç ayında olan ana artıq övladına qovuşmaq üçün daha çox can atır, səbirsizliklə bu anı gözləyir.Təbii ki, hamiləliyi ilə bağlı ona daha həssas davranılması, ətrafdakıların ona diqqətlə yanaşması onu sevindirir.

 Hamiləliyin son həftələrində olan ananın psixoloji narahatlıq və qorxuları, fiziki narahatlıqlarının da çoxalması ilə daha da artır. Rahat vəziyyət tapa bilmədiyi üçün yuxusuz qalır. Ağırlaşan vicudu özünü çirkin görməsinə gətirib çıxara bilər. Həmçinin həyat yoldaşının onu cazibədar və gözəl görmədiyinə inanır. Hamiləliyin son günlərini yaşayan qadına həyat yoldaşı tərəfindən göstəriləcək, xoş münasibət və diqqət onun əhvaı-ruhiyyəsinin artmasına kömək edəcək.