Peşəkar Psixologiya Mərkəzi

Aqressiv usaqlara nece davranmali?

AQRESSİV UŞAQLARA NECƏ DAVRANMALI?

 

1. Səs tonunuza diqqət edin.

Yüksək səslə danışmaq uşağı daha aqressiv edir. Şüuraltı olaraq mənfi təsir göstərir.

 

2.     Fiziki cəza olmaz!

Qəzəbinizi idarə etməyi bacarın. Uşağa qarşı səs yüksəltmək, vurmaq heç də doğru üsul deyil. Əgər uşağınızın qışqırmasını istəmirsinizsə, ilk növbədə siz bu cür davranmamalısınız.

 

3.     Nümunə olun.

 Siz düzgün davranın ki, uşağınız sizi nümunə götürsün. Unutmayın ki, uşaqlar böyükləri təqlid edərək böyüyür.

 

4.     Müsbət davranışlarını mükafatlandırın.

Əvvəlcədən şərt kəsin. Məsələn, bu gün sözə qulaq asan uşaq olsan, yeməyini yesən, səsini yüksəltməsən, daha sakit olsan səni parka aparacağam. Amma əvvəlcədən hansı şərtlə hansı mükafatı verəcəyinizi mütləq ona deyin. Mükafatı sözünü tutduğu təqdirdə tez bir zamanda yerinə yetirin. Günün sonunda mükafatlandırın, gecikməyin,sonrakı günü gözləməyin. Əgər uşaq sözünü tutmayıbsa, mükafatlandırmağınız səhv hərəkət olar.

Mükafatlandırma hansısa bir hədiyyədən daha çox sözlə ifadə olunmaqla və ya daha müsbət tərəfə yönəltməklə (məsələn, yuxarıda qeyd edildiyi kimi parka aparmaq) həyata keçirilsə daha yaxşı olar.

Sözlərinizlə onu mükafatlandırın, qürurlandırın.Məsələn,

“Afərin sənə, sözünü tutdun”.

“Mən bilirdim ki, sən verdiyin sözləri tutursan.”

“Mən sənə onsuz da inanırdım. Afərin sənə!”

“Səninlə fəxr edirik!” və s.

5.     Səbirli olun və izah edin.

Hər şeyə qadağa qoymaq düzgün deyil. Nəyi nə üçün qadağan etdiyinizi səbirlə izah edin. Zərərlərini, itirə biləcəklərini açıqlayın.

 

6.     Sosial normaları izah edin.

Cəmiyyətdə necə davranmalı olduğunu, böyüklərə, yaşlılara, qadınlara, uşaqlara, valideynlərinə hörmətlə yanaşması gərəkdiyini, hansı davranışların müsbət, hansıların mənfi olduğunu hər fürsətdə izah edin. Hər kəsə qışqıran, aqressiv davranan insanın insanlar tərəfindən sevilmədiyini, dostlarını itirə biləcəyini söyləyin.

 

7.     Aqressiv və inadkar olduğu vaxt istəyini yerinə yetirməyin.

Doğru olmadığını səbirlə və sakit səslə izah edin. Qışqırmayın və tərsləşməyin!

 

8.     Mübahisə etməyin.

Uşaq qəzəbli, gərgin, həyəcanlı olanda mübahisə etməyin. Sakitləşdikdən sonra səhvlərini deyin.

 

9.     Ünsiyyət qurmasına kömək edin.

Mümkün olduğu qədər uşaqlarla ünsiyyətdə olmasını təmin edin. Öz vəzifə və məsuliyyətini dəsr etməsinə kömək edəcək. Lakin ünsiyyətdə olduğu uşaqlara diqqət edin. Aqressiv, dalaşqan uşaqlardan mümkün qədər uzaq tutun.

 

 

10.                       Sakitləşməsi üçün imkan yaradın.

Uşaq qəzəbli olduğu vaxt sakitləşməsi üçün yastığı yumruqlaması, vərəqi doğraması və s. kimi zərərsiz üsullardan istifadə etməsinə şərait yaradın ki, bütün qəzəbini insanlara deyil zərərsiz olaraq cansız əşyalar töksün. Bu, onu sakitləşdirəcək.

 

11.                       Uşağınızı tanıyın.

Onu hirsləndirə biləcək şeyləri müəyyənləşdirin və mümkün olduğu qədər məntiqli şəkildə bunlardan uzaq durun.

 

12.                       Səhvlərini deyin.

Aqressiv olduqları vaxt sakitcə otağına göndərin. Əgər getmirsə onun yanından uzaqlaşın. Lakin sonra nəyi səhv etdiyini və nə üçün ona “olmaz” dediyinizi izah edin.

 

15.Ailə üzvlərinin sözü bir olsun.

Belə şəraitdə ailə üzvlərindən biri sərt digəri həddən artıq yumşaq davranarsa uşaq daha da ərköyünləşər, inadkar və eqoist olar. Bir sözlə, ciddi ziddiyyətlər yaşayar.

 

16.Uşağınıza qarşı sən tərssən, aqressivsən və s. ifadələr işlətməyin.

Belə olduqda o, daha da aqressivləşər.

 

ƏN ƏSASI övladınızı bir ŞƏXSİYYƏT kimi qəbul edin və ona hörmət edin!

 

Bunlara riayət edin. Unutmayın ki, uşağınızın gələcəyi sizin bu gün onu tərbiyə etməyinizdən asılıdır. Övladınız üçün bunu edin...