Peşəkar Psixologiya Mərkəzi

Cinsi istismar(təcavüz)

                                            CİNSİ İTİSMAR (TƏCAVÜZ)

Quliyeva N.

                     Təəssüf ki, cinsi istismara təkcə böyüklər deyil, uşaqlar da məruz qalır. Belə bir vəziyyətlə qarşılaşdığınızda mütləq uşağınızla birgə mütəxəssisə müraciət etməlisiniz.

Bu mövzu xüsusilə, son zamanlar son dərəcə aktuallıq kəsb edir.

Statistika göstərir ki, müasir dövrdə hər 10 uşaqdan 4-ü cinsi istismara məruz qalır. Cinsi istismara məruz qalan uşaqların ünsiyyətə ehtiyacları olsa da bunu etmək onlar üçün çətin olur. Buzaman valideynləri, ətrafında olan şəxslər onunla daha çox ünsiyyətdə olmağa çalışmalı, səmimi yanaşmalıdırlar. Belə olduqda uşaqlar onlara öz hisslərini, yaçadıqlarını danışar, tək olmadıqlarını hiss edərlər. Lakin, bir çox hallarda uşaqlar bu vəziyyətdə çəkingən, cəsarətsiz davranırlar. Belə olduqda bunu onların davranışlarında da müşahidə edərək görmək olar. Cinsi istismara məruz qalmış uşaqların davranışında aşağıdakı hallar müşahidə olunur:

         Özünəqapanma

         əsəbilik (tez-tez hirslənmək)

         aqressivlik

         iştahanın kəsilməsi

         yatmağa meyl

         səbəbsiz və tez-tez ağlama

         çəkingənlik

         barmaq əmmə

         qarın ağrıları

         altına islatma

         gecə qorxuları

         durğunluq, dostlarından qaçma

         məktəb nailiyyətlərində, qiymətlərində geriləmə

         həddən artıq təmizkarlıq-təcavüzə uğrayan uşaqlar tez-tez səbəbsiz əllərini yuyurlar

         hekayə uydurmaq

 

Qeyd etdiyimiz son amil çox vacibdir. Belə ki, o, öz başına gələnləri oyunun və ya hekayədəki obrazların vasitəsilə nəql edir. Həmçinin öz hisslərini, qorxusunu, müsbət və mənfi duyğularını ifadə edir.

Valideynlər cinsi istismara məruz qalmış uşaqları ilə ehtiyatlı davranmalıdırlar: onlara qarşı soyuqqanlı olmalı,mehribanlıq göstərməli, onun yanında olduqlarını, ona güvəndiklərini ifadə etməli, ona toxunmaqdan çəkinməməli, onların hekayələrinə, dediklərinə inanmalıdırlar.

Cinsi istisamara məruz qalmış uşaqlarda psixoloji zərəri minimuma endirmək üçün valideynlər onları bu barədə əvvəlcədən maarifləndirilməlidirlər
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol