Peşəkar Psixologiya Mərkəzi

Uşaqlıq dövründə hansı qorxular normal olaraq qəbul edilir?

Uşaqlıq dövründə hansı qorxular normal olaraq qəbul edilir?

Uşaqlarda fobiya tez-tez rast gəlinən bir vəziyyətdir. Uşaqların 90%-inin 2-14 yaşları arasında ən az bir fobiyasının olduğunu göstərən tədqiqatlarlar var. Aparılan  tədqiqatlara görə;

0-2 yaş arası: yüksək səs, yad şəxslər, ata-anadan ayrı qalma və böyük obyeklərlə əlaqədar qorxular

3-6 yaş arası: Canavarlar, qarabasmalar, qaranlıq, tək  yatmaq, tanımadıqları səslər ilə əlaqədar qorxular

7-16 yaş arası: yaralanma, xəstəlik, məktəb nailiyyəti, ölüm və təbii fəlakətlər kimi daha gerçəkçi qorxular bir çox uşağın ortaq qorxusudur.

Əgər uşağınızın qorxuları onun gündəlik həyatını təsir etmirsə müalicəyə ehtiyac yoxdur.Lakin ictimai fəaliyyətləri, məktəb performansı və yuxu nizamınına ciddi  təsir edirsə, professional kömək alınması lazımdır.