Peşəkar Psixologiya Mərkəzi

QİÇS- ə yaxalananların psixologiyası

QİÇS- ə yaxalananların psixologiyası



Xəstəliyi nə olursa-olsun hər bir xəstəyə mümkün olduğunca cəsarət və ümid vermək lazımdır.Xüsusilə, buna ehtiyacı olan QİÇS (AİDS) xəstələri həkiminə, yaxınlarına və dostlarına qarşı inam hissini itirməməli və ola bildiyi qədər normal həyat və əlaqələrini davam etdirməlidir.QİÇS-ə yaxalananlarda başlanğıcda qəbul etməmə və üsyan hissləri ortaya çıxa bilər. Bu, yalnızlıq,cəmiyyət tərəfindən təcrid olunma hissi,ümidsizlik və çarəsizlik hisslərinin yaranması ilə davam edir. Şəxs ruh düşkünlüyü yaşayır. Yuxusuzluq,iştahanın pozulması,zəifləmə,unutqanlıq,tez-tez yorulma,halsızlıq,ümidsizlik,çarəsizlik hissləri ruhi çöküntünün təzahürü ola bilər. Bu vəziyyət aradan qaldırıla bilər,amma xəstə olanları alın yazısı kimi qiymətləndirib kömək istəməyə bilər.Halbuki, mənəvi dəstək və müalicələr xəstənin həyata daha ümidlə bağlanmasını və mübarizə üçün özünü daha güclü hiss etməsini təmin edəcəkdir.
QİÇS-ə yaxalananlar çəkinmədən psixoloqa müraciət edə bilərlər.Çünki bu zaman ona sağlamlığını qoruması,həmçinin başqalarına necə davranmalı olduğu barəsində məlumat veriləcək.