AUTIZM!
AUTiZM
Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir.
Autizm-erkən yaş dövründə başlayan, həyat boyu davam edən, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyro-psixiatrik bir pozuntudur.
Autizm ilk olaraq 1943-cü ildə Amerikalı uşaq psixiatrı Leo Kanner tərəfindən "Erkən Uşaqlıq Autizmi" olaraq adlandırılmışdır.
Autizmin spektr pozuntuları
Слайд 2
Слайд 2
Слайд 2
Autizm
•Asperger sindromu
•Rett sindromu
•Uşaqlıq dezinteqrativ pozuntusu•
Atipik autizm
SƏBƏBLƏRİ
Слайд 2
Слайд 2
Autizm-anadangəlmədir. Səbəbi dəqiq məlum deyil. Nitq və duyğulardan gələn məlumatların qiymətləndirilməsi ilə bağlı beyin hissəsində bir problem olduğu deyilir.
Bəzi mütəxəssilər autizmin beyindəki neyronların normadan az olması ilə bağlı olduğunu qeyd edir.
Autizmin yaranmasında genetik faktorlar da özünü göstərir. Tək yumurta əkizləri genetik baxımdan bir-birilə eynidir. Əgər tək yumurta əkizlərindən biri autizmlidirsə, digərinin autizmli olma riski 35-70% ola bilər. Fərqli yumurta əkizlərində isə bu risk 0-23%-dir. Ailənin ilk uşağı autizmlidirsə, sonrakı uşağın autizmli olma riski 5-15%-dir.
Autizmin Tipik Xüsusiyyətləri
•Başqalarına qarşı maraqsızdır.
•Göz təmasından qaçır.
•Başqaları ilə ünsiyyət qurmur.
•İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir.
•Digər uşaqlarla oynamır.
•Uzun müddət ərzində eyni mövzu üzərində danışır.
•Səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir.
Слайд 2
Mənasız sözləri ardıcıl təkrarlayır.
•Predmetləri davamlı olaraq çevirməkdən xoşu gəlir.
•Yaradıcılıq tələb edən oyunları oynaya bilmir.
•Hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir
•Davamlı olaraq eyni oyunları oynayır
•Ağrıya qarşı laqeyddir
Слайд 2
•Səslərə qarşı həddindən artıq həssaslıq və ya həddindən artıq laqeyddir
•Exolaliya (cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar etmək)
•Tək qalmağı seçir
•Təmasdan və qucağa alınmaqdan xoşu gəlmir
•Predmetlərə bağlanır
•Ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir. Danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışır
•
Həddindən artıq hərəkətlilik ya da həddindən artıq hərəkətsizlik müşahidə olunur.
Слайд 2
QEYD: Aparılan tədqiqatlar autizmli uşaqların 75%-indən böyük bir hissəsinin zəka geriliyi olduğunu, ancaq 10%-ə kimi kiçik bir hissəsinin normal zəkaya sahib olduğunu vurğulamaqdadır.