Peşəkar Psixologiya Mərkəzi

Balaca yalançı

                                       Balaca yalançı

Rzayeva K.

  Valideynlərdə çox vaxt sual yaranır ki,niyə uşaqları düz danışmırlar.Ümumiyyətlə 6 yaşlı uşaq aldada bilər?Əgər,bilərsə,niyə uşaq beynində belə fantaziyalar yaranır?

  6 yaşlı uşaqlar bir çox səbəblərdən yalan danışır.Əksər hallarda bu onunla bağlıdır ki,uşaqlar böyüyür,inkişaf edir,ola bilər ki,stressə görə yalan danışırlar.6 yaşlı uşağın yalanı yaşlı insanın yalanına bənzəmir.6yaşda uşaqlar ədalət və əxlaq hissini inkişaf etdirirlər,ona görə də valideynlərin həqiqət və uydurma üzərində bu eksperimentlərə anlayış və diqqətlə yanaşmaları vacibdir.

  Uşaqlar nitqin onların həyatına necə təsir etmələrini mənalandırmağa çalışırlar.Məlumdur ki,sözlər vasitəsilə çox şey etmək olar:heç kimin gözləmədiyi bir şeyin şəklini çəkmək,kiminsə xətrinə dəymək və ya öz hisslərin,fikirlərinlə bölüşmək...........bir dünya yaratmaq olar.Uşaq bunu anlayan kimi sualın bütün dərinliyini aydınlaşdırmağa çalışır.

  Uşaqlar çox yaradıcı şəxsiyyətlərdir.Onlar yuxuya bənzər əhvalatlar qoşurlar:onlardan bəzi hissələr həqiqətdir və ya reallıqdan götürülüb,digərləri isə onların qarşısıalınmaz təxəyyülü üçün məkandır.Balacalar onların əhvalatlarında nəyin doğru,nəyin fantaziya olduğunu çətinliklə ayırırlar.Böyüyərək,nəyin həqiqət,nəyin isə uydurma olduğunu haqq-hesab edirlər.Burda artıq digər suallar yaranır.

  “Baş verən hadisə haqqında kiminsə fikrini dəyişə bilərəmmi?”, “Keçmişdə baş verən hadisələri həqiqətən olduğundan fərqli şəkildə dəyişə bilərəmmi?”,”Anamı inandıra bilsəm ki,peçenyeni stolun üstündən mən götürməmişəm,bu yalan olar?”

  Uşaqlar təkcə ona olan cəzadan qaçmaq istəmirlər.Yalanı danışanda həqiqətin yalana keçdiyi sərhədi aydınlaşdırmağa çalışırlar.Biz onlara güclü,tamhüquqlu,əxlaqi-sabit şəxsiyyətlər kimi böyüməyə kömək etməliyik.

Uşaqların yalan deməklərinin bəzi səbəbləri.

Uşaq:

-özünü təhlükədə hiss edir;

-həqiqəti deməyin nəticəsindən qorxur,ona görə də özünü(və ya başqalarını) müdafiə edərək yalan danışır;

-həqiqətən kim olduğunu açmaq istəmir;

-həqiqət vasitəsilə diqqət cəlb edə bilmir,ona görə yalana qaçır;

-hesab edir ki,əgər onu yalançı adlandırırlarsa,onda bu onun roludur,ona görə də ondan gözləniləni yerinə yetirməyə çalışır;

-yalanla həqiqət arasındakı fərqi bilmir(axı ona izah olunmayıb),ona görə də reallığı uydurmadan ayıra bilmir.

Uşağı “həqiqət yoluna”necə yönəltmək olar.

  Ona izah edin ki,həqiqət sizin üçün vacibdir.Uşaq sərhədləri yoxlamağa başlayanda,ona deyin ki,siz ondan hətta etirf etmək çətin olsa belə ancaq həqiqət gözləyirsiniz.Axı həqiqət-insanların bir-birinə etibar etməyə imkan verir,siz də ona həmişə etibar etmək istəyirsiniz.

  Dürüstlük nümunəsi göstərin.Uşaqlar bizi diqqətlə izləyirlər,hətta biz situasiyanı daha yaxşı idarə etmək üçün informasiyanı bir qədər dəyişsək belə.Siz onların televizora baxmaqlarını istəməyəndə deyirsiniz ki,televizor sınıb.Amma ümid etməyin ki,uşaqlar bu kiçik yalanı hiss etməyəcəklər.

  Uşağınıza “yalançı” damğasını vurmaqdan qaçın.Hətta əgər uşağınızın uydurmaları zamanı siz dəhşətə gəlsəniz belə.Bu adətən dəqiqliyi ilə əksinə işləyir.

  Asta,amma düzgün fəaliyyət göstərin.Uşağın aldatdığını biləndə özünüzü qorxmuş,satılmış,hirsli hiss edə bilərsiniz.Xatırladığınız kimi hər ikisi üçün bu həqiqiliyin vacibliyini bilmək üsuludur.”Deyirsən ki,peçenyeni götürməmisən?Axı çarpayının ətrafında çoxlu qırıntılar var!Başa düşürəm,bəzən mənə doğru olanı danışmaq qorxulu olur,amma bu çox,çox vacibdir.”

  Qəddar,ciddi cavablar uşaqlara ancaq qorxudan düz söz danışmağı öyrədəcək.Sonralar düşünəcəklər ki,əgər onların yalanlarını tutmayıblarsa,aldatmaq olar.Digər tərəfdən,sakit,yumşaq cavablar onları düzünü demək qorxusundan azad edəcək və situasiyanı adekvat qiymətləndirməyi və öz hərəkətinin nəticələrini düşünməyi öyrədəcək.”Çox sag ol ki,peçenye haqqında dedin.Bilirəm ki,bu sənin üçün elə də asan deyildi,amma çox şadam ki,sən düzünü dedin.İndi isə sənən peçenye götürməyinin nəticələrini aydınlaşdıraq.Düşünürəm ki,bir də mən şirniyyatı gələn həftə alacağam. 

  Uşaqlarla düz sözü danışmaq çətin olan səbəbləri müzakirə etmək olar.”Həqiqəti ona olan reaksiyanı bilməyəndə danışmaq qorxuludur.” ”Bilirəm ki,elədiyini boynuna almaqda bəzən utanırsan,amma biz hamımız səhvlər edirik.” “Bəzən elə şeylər edirəm ki,sonra peşman oluram,bunu etiraf etmək mənə çətindir,amma həmişə bu haqda danışaraq özümü yaxşı hiss edirəm.”

  Mənəvi sualları müzakirə edin.Uşağa yad insanlar haqqında danışaraq məsələnin mənəvi tərəfini izah etmək daha yaxşıdır.Şəxsən situasiyaya cəlb olunmayanda ona reaksiya göstərmək asandır.Məs,”De mənə görüm,əgər uşaq digərindən albom götürürsə,necə fikirləşirsən,bu düzgündür?O biri uşaq da ki,hiss eləməyib ki,onun albomunu götürüblər.Bu hələ də pisdir?”

  Uşaqlara düzəlməyə imkan verin.Siz situasiyanı aydınlaşdıranda və müzakirə edəndə hər ikiniz vəziyyətdən çıxış yolunu düşünməlisiniz.Bu oğlunuzu sadəcə olaraq“bağışla” deməyə məcbur etməkdən daha faydalıdır.”Dünən yatmağa dişlərini yumamış getmisən?Bəs mənə yuduğunu demişdin.Necə düşünürsən,bunu necə düzəltmək olar?” “Necə düşünürsən,qonşu mağazadan götürdüyün saqqızı neyləyək?”

Mənbə: www.VMJ.ru 

 

 




 

 

 






Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol