Peşəkar Psixologiya Mərkəzi

Boşanmanın səbəbləri

BOŞANMANIN SƏBƏBLƏRİ

Quliyeva N. (götürülmədir)

 

Evlilik hər birlik kimi arabir axsayan tərəfləri olan bir qurumdur.Bu axsamalar aradan qaldırılmadıqda isə nəticə təəssüf ki,boşanma ilə nöqtələnir.Evlilik müddətində ailəyə yeni bir üzv gəlibsə,boşanma daha ağrılı olur.Evliliyin  son qoyulmasına yol açan səbəblər çox müxtəlif ola bilər.Ən çox rast gəlinən səbəbləri aşağıdakı kimi sıralaya bilərik:

 

1.İqtisadi problemlər

2.Tərəflərin sosio-mədəni səviyyə fərqliliyi

3.Cinsi problemlər

4.Ünsiyyət problemi

5.Tərəflərdən birinin xəyanəti

6.Ailədaxili şiddət

   

Yuxarıdakı səbəblərdən evlilik problemləri yaşayan ər-arvadın ata-ana olaraq da uşaqlarıyla sağlam ünsiyyət qura bilmələrini gözləyə bilmərik;ana ya da ata ayrı-ayrılıqda uşaqlarıyla sağlam əlaqələr qursalar belə,birlikdə övladlarına qarşı düzgün davranmaqda çətinlik çəkəcəklər.Bir evliliyi həlli olmayan,bacara bilinməyən,qurtarmaq bilməyən problemlərlə davam etdirməyin uşaqda yaradacağı mənfi təsirlər,bəzən boşanmanın özünün yaradacağı təsirlərdən daha çox və yıxıcı ola bilər.

Boşanmanın səbəb və necəliyi uşaqların boşanmadan nə qədər təsirlənəcəyini müəyyən edir.

Məsələn;Tərəflərin bir-birini başa düşməməsi(ünsiyyət problemi) səbəbiylə qurtaran evliliklə tərəflərdən birinin xəyanəti nəticəsində bitən evliliyi müqayisə edək.Birincisində,tərəflər daha uzlaşan və uşaqla bağlı problemlərin öhdəsindən gəlmək barədə daha düşüncəli davrana bilirlər.İkinci vəziyyətdə isə tərəflər bir-birilərinə qarşı daha qəzəbli və düşməncə davranışlar göstərirlər.Vəziyyət belə olduqda istəsələr də uzlaşan ola bilməzlər.İkinci tip boşanmalarda uşaqlara təbii olaraq daha çox zərər dəyir.

Ona görə də boşanmanızdan uşağınızın ən az səviyyədə zərər almasına diqqət yetirin…

 

 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol