Peşəkar Psixologiya Mərkəzi

XƏBƏRLƏR


Maraqlı məlumatlar
Quliyeva N. tarih 16.01.2008, 18:08 (UTC)
 Qısqanclığın təbiəti
Xazar.comFlorida Dövlət Universitetinin alimləri heç kimə sürpriz olmayan bir fenomeni təhlil ediblər. Bu fenomen - bəşər övladının gözəl obyektlər tərəfindən cəlb edilməsidir. Bəlli olub ki, insanlar nəinki əks cinsdən olan gözəl nüsxələrə, hətta öz cinslərindən olanlara da diqqət yetirirlər. Məhz elə bu səbədən də qısqanc kişilər daim potensial rəqiblərinə böyük ikrah hissi ilə yanaşırlar. Uzun müddət aparılan araşdırmalardan sonra üzə çıxıb ki, həm qadınlar, həm də kişilər öz cinslərindən olan nümayəndələrə digərləri ilə müqayisədə daha çox diqqət yetirirlər. Tədqiqata 442 nəfər cəlb edilib.
Mənbə: Həftə içi

2-6 YAŞARASI SÜNNƏT ETDİRMƏYİN

Şəxsiyyət və cinsi quruluşun böyük nisbətdə 0-6 yaş arasında inkişafına işarət edilərək sünnətlə bağlı ediləcək bir səhvin uşağın gələcəkdəki şəxsiyyəti, cinsi həyatı və cinsi inkişafında ciddi bir travma təsirinə məruz qala biləcəyi vurğulandı.
Sünnətin psixoseksual bir hadisə olduğunu bildirən mütəxəssislər 2-6 yaşın sünnət üçün doğru olmadığını, ən doğru vaxtın 0-1 yaşarası və 7-9 yaşarası olduğunu bildirirlər.


MƏKTƏBDƏN ƏVVƏL TƏHSİL VACİBDİR

Məktəbdən əvvəl təhsil illərlə davam edəcək təhsil nərdivanının ilk pilləsidir.
Bu dövrdə atılacaq sağlam təməl addımlar hər baxımdan – sağlam nəsillərin yetişməsi baxımından böyük əhəmiyyət daşıyır.
Uşaqların zəka inkişafının 70%-i 6 yaşına qədər tamamlanır. Məhz bu səbəbdən məktəbdən əvvəl təhsil son dərəcədə vacibdir.
Ancaq etiraf etməliyik ki, Azərbaycanda bu vəziyyət heç də ürəkaçan deyil...

UŞAQLAR MUSİQİ İLƏ İNKİŞAF EDİR

,,Motsart təsiri” adlandırılan nəzəriyyəyə görə, klassik musiqinin zəkanı artırdığı, sağlam inkişafı təmin etdiyini, ailə əlaqələrini gücləndirdiyini və dahi uşaqların doğulmasına köməkçi olduğu düşünülür.
Bu mövzu üzrə aparılan tədqiqatlar uşaqlara ana bətnində və erkən yaşlarda klassik musiqi dinlətməyin beyində sakitlik hissi yayan alfa dalğalarını hərəkətə gətirdiyi, təfəkkür və bilik axınını təmin edən sinir hüceyrələri arasında əlaqə qurmağa köməklik etdiyini üzə çıxardı.

GÖRMƏ DUYĞUSUNDAN MƏHRUM OLAN BİRİ YUXU GÖRƏ BİLƏRMİ?


Tədqiqatlar göstərir ki, anadangəlmə görmə duyğusundan məhrum olan şəxslərin yuxularında əyani fiqurlar görməsi mümkün deyil. Bu şəxslərin yuxuları əyani fiqurlar əvəzinə- yerimə duyğusu və ya sevinc hissi kimi gündəlik həyatda yaşadıqları hiss və duyğulardan ibarətdir. Mütəxəssilər yuxuda əyani fiqurlar görəbilmək üçün ilk növbədə bu təcrübəni yaşamaq həqiqətini vurğulayırlar.

HİPNOZUN TƏSİRİ İLƏ SİRRLƏRİMİ SÖYLƏYƏRƏMMİ?

İnsanları ən çox narahat edən məsələlərdən biri də hipnoz altında sirrlərini söyləməkdir.Ancaq bunu bilməkdə fayda var:Narko analiz (dərmanla hipnoz yaradıb tətbiqetmə) xaricində şəxs sonradan peşman olacağı ya da şəxsə zidd olan bir şeyi nə açıqlayar,nə də ki,edər.Təbii ki,çox xüsusi metodlar tətbiq edilmədikcə...

HƏR KƏS HİPNOZ OLA BİLƏRMİ? HƏR KƏS HİPNOZ EDƏ BİLƏRMİ?

Hər kəs hipnoz ola bilərmi? Debil xəstələri, kəmağıl, çox yaşlılar, diqqətini cəmləyə bilməyənlər, ağır ağıl xəstələri və kiçik uşaqlardan başqa demək olar ki,hamı hipnoz ola bilər.
Bəs, hamı hipnoz edə bilərmi?Bəli.Şərtləri yerinə yetirdikdən sonra hamı hipnoz edə bilər.Amma,bəzi şəxslər bunu daha asan gerçəkləşdirirlər.Hipnoz olmağa könüllü bir şəxs həqiqətən hipnoz etmək istəyən bir şəxs tərəfindən asanlıqla trans vəziyyətinə salına bilər,amma sonra nə baş verər onu bilə bilmərik.Həkimlər və yaxşı hipnozçular xaricində digər insanların bu işlə məşğul olması bərpası çətin olan vəziyyətlərə səbəb ola bilər.Əməliyyatı cərrahlara verməyin vacib olduğu kimi hipnozu və ruhi problemlərin müalicəsini də peşəkar şəxslərə-psixoloqlara həvalə etməkdə fayda var.

QADINI QADIN HƏKİM SAĞALDIR.

Qadın həkimə gedən qadın xəstələrdə müalicə üsullarının daha müvəffəqiyyətli olduğu müəyəənləşdirildi.Ancaq kişi xəstələr üçün bu heç də belə deyil. Yəni onlar üçün qadın və ya kişi həkim fərq etmir...
İsveçdə Karolinska İnstitutunda aparılan tədqiqatlara görə qadın həkimə gedən qadın xəstələrdə müalicə daha yaxşı nəticə verir.

YENİ ATA OLANLARA MƏSLƏHƏTLƏR

İngiltərə Hökuməti yeni övlad sahibi olmuş atalar üçün kitab hazırladı.Kitabda atalara həyat yoldaşlarını başa düşmələri, cinsi həyatı ən az altı həftə unutmaları məsləhət görülür.
Məlum olduğu kimi, doğum sonrası ər-arvad münasibətləri tarixin ən qədim və təbii müzakirə mövzularından biri olmuşdur.
Doğum sonrası münasibətlər həm qadınlar, həm kişilər, həm də ailənin yeni balaca üzvləri baxımından son dərəcə ciddi bir psixoloji imtahandır.

UŞAQLAR NƏLƏRDƏN QORXUR?

Tədqiqatlar və uzunmüddətli müşahidələr göstərir ki, uşaqların qorxuları yaşlarına görə fərqlilik göstərir.
Daha kiçik yaşlarda qorxuların mənbəyi səslərdirsə, sonrakı yaşlarda mücərrəd qorxular meydana çıxır.
Bir çox ata-ana bu qorxuların uşaqlarda olmasının normal ola biləcəyində narahatlır keçirirlər.




QOCALDIQCA QƏMGİNLƏŞMİRİK!

ABŞ-da aparılan bir tədqiqat ,, qocaldıqca qəmginliyimiz artır ” düşüncəsinin yanlış olduğunu, əksinə insanların qocaldıqca daha sevincli, xoşbəxt olduqlarını üzə çıxardı.
Tədqiqat aparan heyətin rəhbəri Michigan Universitetinin Tibb fakültəsindən Dr. Pond Lacey qocaldıqca bədbin, qəmgin hal aldığımız fikrinin sterotip bir düşüncə olduğunu bildirərək, ,, Qarşımızda xoş və gözəl bir həyat var ” dedi.
 

<-Geri

 1 

Devam->

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol