Peşəkar Psixologiya Mərkəzi

İntihar (suisid)

İNTİHAR (SUİSİD)

Quliyeva N.
Qəza olaraq və şüur yerindəykən bədbəxtçilik nəticəsində özünü öldürməyə ,, intihar (suisid) ” deyilir. Məsələn, sərxoşkən zarafatla silahı alnına dayayıb özünü vurmaq, narkotik maddənin təsirilə uçacağını düşünərək altıncı mərtəbədən özünü atmaq kimi davranışlar həqiqi mənada intihar deyil.
İnsanlar müxtəlif səbəblərdən həyatlarına son qoyurlar. İntihar qarşısı alına biləcək ölüm səbəbidir. Bu qərarın alınmasına səbəb olan amillər çox müxtəlifdir. Çox vaxt bir neçə faktor birgə bu davranışın meydana çıxmasına səbəb ola bilər.
İntihar şəxsin hissi, psixi və ya sosial səbəblərin təsiri ilə öz həyatına son qoyması kimi qiymətləndirilir.
İntiharlar vacib sağlamlıq problemlərindən biridir. Bütün dünyada gündə orta hesabla 1000 insan intihar edərək həyatına son verir. Bütün dünyada 42 saniyədə bir insan həyatına son qoymaq üçün intihara cəh edir, 17 dəqiqədən bir də bir insan intihar səbəbilə həyatını itirir.
İntihar yaş qruplarına və cinsə görə fərqlilik göstərir. Xüsusilə, gənclərdə diqqət edilməsi vacib olan problemdir. ABŞ-da aparılan tədqiqatlarda müəyyənləşdirilib ki, 15-24 yaş qrupunda ölüm səbəbləri arasında üçüncü sırada intihar durur.
İntihar cəhdləri qadınlarda daha çox müşahidə olunur, lakin bu da danılmaz faktdır ki, oğlanlarda ölümlə nəticələnən intiharlara daha çox rast gəlinir. Xüsusilə, 15-19 yaşlar arasında oğlanlarda tamamlanmış intihar faizi qızlardan çoxdur.
Aparılan tədqiqatlarda intihar nəticəsində həyatını itirən şəxsləri 63%-inin kişilər, 37%-inin qadınlar olduğu müəyyən edilmişdir.


İNTİHARIN SƏBƏBLƏRİ

İntiharın səbəbləri kimi daha çox –cinsiyyət, aşağı sosial-iqtisadi vəziyyət, ata-ana münaqişələri, ixtilaf, immiqrasiya, psixi pozuntular, şiddətə meyllilik və düşünmə (fikirləşə bilmə) pozuntuları göstərilir.
Son illərdə uşaqların ölümü ilə bağlı aparılmış tədqiqatlar uşaqların ölümün həqiqi mənasını qavraya bilməməsi də intihar cəhdi üçün risk faktoru ola biləcəyini irəli sürür.
Həmçinin depressiya da yetkin insanlarda olduğu kimi gənclərdə də vacib risk faktoru olduğu vurğulanırş
İntihar edən şəxslərin 90%-i depressiya xəstəsidir. Depressiya xəstələrinin 15%-i intihara cəhd nəticəsində həyatlarını itirirlər.
Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir.
Problemləri həll etmə bacarığının kifayətsizliyi, stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsi olduğu göstərilir.
Öz gücünə uyğun olmayan məqsədlər qoymaq, müvəffəqiyyət qazana bilmədiyində tənqidə məruz qalmağa tab gətirə bilməmək kimi səbəblər uşaq və gəncləri intihar cəhdlərinə yönəltməkdədir.
Ölkəmizdə də son dövrlərdə yaşanan intihar səbəblərindən biri kimi öz torpaqlarımızdan məcburi köçürülmə amilini də qeyd edə bilərik. Son dövrlərdə ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər daha da dözülməz hala gəlmişdir. Öz dədə-baba yurdundan, böyüdüyü torpaqdan ayrı düşmək, gözü qarşısında uşaqların, qocaların, qadınların, kişilərin min cür işgəncə və əziyyətlə öldürülməsi qaçqın və məcburi köçkünləri bir çoxunu intihara vadar etmişdir.
Bütün bu deyilənləri ümumiləşdirərək intiharın səbəblərini aşağıdakı kimi qruplaşdıra bilərik:
1. Psixiatrik xəstəliklər
2. Sosial səbəblər
3. Psixoloji səbəblər
4. Bioloji səbəblər
5. Genetik yaxınlıq
6. Fiziki xəstəliklər

1. Psixiatrik səbəblər
İntihara səbəb olan psixiatrik problemlər bunlardır:
1. Depressiya
2. Şizofreniya; intihar edənlərin 10%-ində şizofreniya müşahidə olunur
3. Spirtli içkilərdən istifadə
4. Narkotik maddələrdən asılılıq
5. Şəxsiyyət pozuntusu
6. Yüksək həyacanlılıq

2. Sosial səbəblər
Cəmiyyətin sosial xarakteri ilə bağlı olaraq intihar faizi də ölkədən – ölkəyə fərqlilik göstərir. Ailə bağları zəif olan ölkələrdə intihar faizi daha çoxdur.
Suisidlərin ilk təsnifatlarından biri fransız psixoloqu Emil Dürkheymə məxsusdur. O, sosial faktorların rolunu əsas götürərək, intiharın aşağıdakı formalarını ayırd etmişdir:
• Eqoistik intihar - öz sosial qrupu ilə vəhdət hissini itirmiş və ona görə də ailəvi, dini, ictimai nəzarətə tabe olmayan şəxslər tərəfindən törədilir.
• Anomik intihar – sosial və siyasi dəyişikliklər dövründə dövründə cəmiyyətlə sosial inteqrasiyası pozulmuş şəxslərdə təsadüf edilir. Sosial və iqtisadi böhranlarda cəmiyyət içində intihar faizi yüksəlir. Məsələn, hər iki dünya müharibəsində bütün Avropa ölkələrində intihar faizi digər dövrlərə görə çox artmışdır.
• Alturistik intihar – öz həyatını sosial motivlər naminə qurban verən və bununla yüksək dərəcədə qrup identifikasiyasına malik şəxslərdə təsadüf edir.
Bundan əlavə, insanın həyatla hesablaşması məqsədi daşıyan sadə intihar, özünə qəsd edərkən yaxınlarını da özü ilə aparmaq tendesiyalı şəxslərdə genişlənmiş intihar (məsələn, intihardan əvvəl azyaşlı uşağını guya əzabdan qurtarmaq üçün öldürmüş qadının hərəkəti), eyni zamanda birgə intihar etmək üçün razılığa gəlmiş qruplarda təsadüf edilən kollektiv intihar (belə hallar dini təriqət nümayəndələrində və psixiatriya xəstəxanalarının pasiyentlərində rast gəlinir) növləri ayırd edilir.
3. Psixoloji səbəblər.
Şəxsi yaxınlıq da intihar ehtimalını artırır.
4. Bioloji yaxınlıq.
Beyindəki serotonin maddəsindəki azalma intihar ehtimalını artırır.
5.Ailəvi yaxınlıq.
Ailədə intihar edən qan bağı olan yaxının olması insanlarda intihar etmə ehtimalını artırır.
6. Fiziki xəstəliklər.
Xərçəng, ürək xəstəliyi, AİDS kimi xəstəliklərə tutulan insanlarda intihar ehtimalını normal insana görə daha çoxdur.

RİSK FAKTORLARI

1. Ailəvi risk faktorları (parçalanmış ailələr, istismar, ünsiyyət pozuntuları- düzgün münasibət qura bilməmək)
2. İntihar düşüncələri və keçmiş cəhd
3. Stressli həyati hadisələr (ayrılıq, itki, travmatik yaşantılar)
4. Anlaşmazlıq, ixtilaf
5. Uğursuzluq
6. Ailədə və yaxud yaxın əhatədə intihar cəhdlərinin olması

DAVRANIŞLA ƏLAQƏDAR GÖSTƏRİCİLƏR

1. Psixi pozğunluq əlamətlərinin olması
2. Ölüm riski olan dərmanlardan kiçik dozada istifadə
3. Son altı həftə içində ünsiyyətdən çəkinmə, özünəqapanma
4. Cinsi həyatla maraqlanmama
5. İctimai təsirlərdən uzaq durma
6. Sevdiyi əşyaları dost-tanışa paylama
7. Tez-tez ölümdən söhbət etmə


İNTİHARLA ƏLAQƏLİ HİSSLƏR

1. Dərin kədər və ümidsilik
2. Nifrət
3. Peşmançılıq
4. Təhrikedici davranışlar

İNTİHARDAN QORUYUCU FAKTORLAR

1. Problemi həll edə bilmə bacarığının üzə çıxarılması
2. Çətinliklərin öhdəsindən gəlmə bacarığının inkişaf etdirilməsi, dəstəklənməsi
3. İdman və ictimai fəaliyyətlərdə iştirak
4. Yaşamaq səbəblərinin tam dərk edilməsinə yönəltmək (öz məsuliyyətlərinin fərqinə varma)
5. Uşaq və gənclər intihar etməkdəm qorxursa, sosial əhatinin fikrini nəzərə alırsa ya da əxlaqi maneələri düşünürsə, bunların fərqinə varması dəstəklənərək də kömək oluna
bilər.
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol