Peşəkar Psixologiya Mərkəzi

Məktəb qorxusu

MƏKTƏB QORXUSU

 

Başqa bir adıyla evdən ayrılma qorxusu - məktəbə getmək istəməyən, getsə belə sinifə girməyən uşaqların yaşadıqları vəziyyətdir. Çox vaxt ibtidai sinif vaxtında meydana çıxan haldır.

Məktəb qorxusu, əgər ki, məktəblə bağlı hər hansı bir problem yox isə (məsələn, şiddət, müəllimin təhqiredici sözləri və s.), onda ana və uşaq arasındakı sıx və möhkəm əlaqədən asılıdır. Daha doğrusu, bu, uşağın anadan asılılığından qaynaqlanır. Uşaq buna anasını itirmə, ondan ayrı düşmə şübhəsi ilə yanaşır.

-   Məktəb qorxusunun həllində aşağıdakı kimi davranmaq yararlı ola bilər:

-      Uşağınızın qorxusu barədə danışaraq, səbəbini uşağınızla birgə aydınlaşdırmağa çalışın.

-      Məktəbə getmədiyi üçün ona hədə-qorxu gəlməyin və onu qorxutmayın.

-      Müəlliminə uşağın vəziyyətini danışın və lazım gələrsə onunla birə işi təşkil edin.

-      Uşağınızın məktəbdən uzaq qalmamasına diqqət edin.

-      Heç bir nəticə almırsınızsa, onda mütəxəssislə məsləhətləşin.

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol