Peşəkar Psixologiya Mərkəzi

İntihara təşəbbüs və ölüm riski

İNTİHARA TƏŞƏBBÜS VƏ ÖLÜM RİSKİ

Quliyeva N.

 

Müasir dövrün insanı bütün həll yollarının tükəndiyini hiss etdiyində intiharı yeganə çıxış yolu kimi görür.Hər nə qədər ki,bir çox cəhd ölümlə nəticələnməsə də onun qoyduğu bir sıra izlər həyatın qalan hissəsində ciddi problemlərə gətirib çıxarır.
Bu səbəbdən intihardan söhbət açan,həyatın mənasızlığından bəhs edən insanlara ətrafdakılar xüsusi diqqət yetirməlidirlər.
İntihar riskində olan şəxslərin müxtəlif meyarlara görə fərqliliklərini qeyd edək:
CİNSİYYƏT - İntihardan bəhs edən kişilər qadınlara nisbətən daha risklidirlər.Tamamlanmış,yəni ölümlə nəticələnmiş intihara cəhd edən beş insandan biri qadın, qalan dördü kişilərdir.
YAŞ - Xüsusilə ağ dərili kişilərdə intihar meyli gənclərə nisbətən yaşlılarda daha çoxdur.
DAHA ƏVVƏL PSİXİATRİK NARAHATLIQ – İntihar edən şəxslərin 70%-indən çoxunda intihardan əvvəl depressiv əlamətlər müşahidə olunur.
DAHA ƏVVƏL İNTİHAR CƏHDİ – Daha əvvəl intihara təşəbbüs yenidən intihar ehtimalını daha da gücləndirir.İntihar nəticəsində ölən şəxslərin əksəriyyəti buna ilk ya da ikinci cəhddə müvəffəq olurlar.Çox sayıda intihar cəhdləri edən şəxslər (dörd və daha çox) gələcəkdə yeni cəhdlər etmə riski altındadırlar.
İÇKİ QƏBUL ETMƏ – Özünü müalicə etmə məqsədiylə son vaxtlarda başlamış içki və ya həkim məsləhətsiz yuxu dərmanının istifadəsi varsa artıq risk artıb deməkdir.
YOLDAŞIN OLMAMASI – Sosial dəstəyin pis olması və ya olmaması da uğurlu intiharları artıran bir faktordur.
XƏSTƏLİK – Psixiyatrik xəstəlikdən əlavə, tibbi bir xəstəlik də varsa,intihar riski daha da artır.
NƏTİCƏ : Nəticə olaraq ətrafınızdakı insanlardan biri həyatın mənasızlığından bəhs etməyə başlayıbsa və ya siz həyatda yaşamaq üçün heç bir səbəb görmürsünüzsə,bunun mənbəyindəki problemin həllini axtarmağınız vacibdir.Yox, əgər bacarmırsınızsa, psixoloqa müraciət etsəniz yaxşı olar.

Unutmayın ki, bütün çətinliklərə baxmayaraq həyat yaşamağa dəyər...
Və unutmayın ki, Yaşanmamış ən gözəl günümüz hələ qabaqdadır.

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol